AZ

"Euronews" Qlobal Bakı Forumuna həsr olunmuş material hazırlayıb

"Euronews" beynəlxalq xəbər kanalı matın 12-14-də keçirilən Qlobal Bakı Forumuna həsr olunmuş material hazırlayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, telekanal forumu ən ciddi qlobal problemlərin həlli yollarını tapmaq üçün nəzərdə tutulan platforma adlandırıb.

"Biz qlobal çağırışlarla üzləşirik. Əgər çağırışlar qlobaldırsa, o zaman həll yolları da qlobal olmalıdır. Məhz buna görə də bu cür forumlar yeni ideya və konsepsiyaların təklif edilməsi üçün ilham anı ola bilər ki, bütün dünyadakı liderlər ən yaxşı qərarları qəbul etmək üçün onlardan istifadə edə bilərlər", - Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel hesab edir.

"Euronews" vurğulayıb ki, Qlobal Bakı Forumu çağırışları müzakirə etmək və təcrübə mübadiləsi aparmaq üçün hər il dünyanın dörd bir yanından hazırkı və sabiq liderləri, prezidentləri, baş nazirləri və qərar qəbul edən şəxsləri bir araya gətirir:

"Bu il müzakirələr qlobal idarəçiliyin gələcəyi, artan geosiyasi gərginlik və beynəlxalq əməkdaşlığın yeni modellərinin axtarışı üzərində cəmlənmişdi".

Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Kox-Merin öz növbəsində qeyd edib ki, yaranmış geosiyasi şəraitdə Avropanın enerji tədarükünə kəskin ehtiyacı var:

"Enerji tərəfdaşlığı Avropanın mövcudluğu üçün kritik əhəmiyyət daşıyır və bu məsələdə Azərbaycanın, eləcə də bu regionun əhəmiyyətinə qiymət verməmək mümkün deyil".

Seçilən
50
5
missiya.az

7Mənbələr