AZ

İki ay əvvəl Bakıya gələn senatror ABŞ-də NAZİR SEÇİLDİ

ABŞ senatı Markveyn Mallini daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.

Səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.

Məlumata görə 49 yaşlı respublikaçı M.Mallin Senatda Oklahoma ştatını təmsil edir.

Xatırladaq ki, martın 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem vəzifəsindən uzaqlaşdırılıb. “New York Post” qəzetinin məlumatına görə, vəzifədən azad edilmə katibin ofis romantikası ilə bağlıdır. Bundan əvvəl ABŞ administrasiyası Minnesota ştatında artan gərginlik səbəbindən Noemin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.

Qeyd edək ki, bu ilin yanvarın 4-də ABŞ nümayəndə heyəti Bakıda səfərdə olub./oxu.az/

Seçilən
28
11
nocomment.az

10Mənbələr