AZ

PSJ Yamal üçün 350 milyon avro təklif etməyə hazırdır

Fransanın PSJ klubu "Barselona"nın cinah oyunçusu Lamin Yamalın transferini nəzərdən keçirir və bu müqavilə üçün təxminən 350 milyon avro ayırmağa hazırdır. Bu barədə Oxuməni.az “Fichajes” portalının məlumatına istinadla xəbər verir.

Paris klubu 17 yaşlı futbolçu üçün böyük məbləğ təklif edə bilər, həmçinin müqaviləyə hücumçu Dezire Due-nu da daxil edə bilər. Qeyd olunur ki, tərəflər arasında danışıqlar yaxın vaxtlarda intensivləşə bilər.

Daha əvvəl "Barselona"nın prezidenti Joan Laporta bildirmişdi ki, klub artıq PSJ-dən Yamal üçün 250 milyon avro məbləğində təklif alıb. Bununla belə, kataloniyalılar oyunçunun satış variantını nəzərdən keçirmirlər.

Hazırda futbol tarixində rekord transfer Neymarın "Barselona"dan PSJ-yə 222 milyon avroya keçidi hesab olunur. Bu mövsümdə Yamal bütün turnirlərdə 40 matç keçirib, 21 qol vurub və 16 məhsuldar ötürmə edib.

Almaz Həsənli

Seçilən
36
oxumeni.az

1Mənbələr