AZ

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar

BAKI, TurkicWorld

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Özbəkistanın Aqrar Elm və İnnovasiya Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.

Nazir bildirib ki, imzalanmış sənəd ölkələr arasında aqrar tədqiqat sahəsində əməkdaşlığın daha da genişlənməsinə və dərinləşməsinə mühüm töhfə verəcək.

"Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə keçirilmiş ikitərəfli görüş çərçivəsində mövcud əməkdaşlığın cari vəziyyəti və Dostluq bağında həyata keçirilmiş işlər ətrafında müzakirə apardıq.

Görüş zamanı Azərbaycan və Özbəkistanın digər ölkələrə birgə ixrac imkanları, aqrar sığota sahəsində azərbaycanlı mütəxəssislərin Özbəkistana dəstək göstərilməsi məsələləri müzakirə edildi", - paylaşımda qeyd edilib.

Seçilən
29
12
turkic.world

10Mənbələr