AZ

İspaniyada qaydalar dəyişdi - Hakimlə mübahisə edən məşqçi...

İspaniya futbolunda məşqçilər və hakimlər arasında mübahisələrə görə tətbiq olunan cəzalarla bağlı qaydalar dəyişilib. 

Fanat.Az xəbər verir ki, əvvəllər məşqçinin və ya məşqçilər heyətinin digər üzvünün hakimlə mübahisəsi səbəbindən meydandan qovulmasına görə cəza ən azı iki oyunluq cəza ilə cəzalandırılırdı. 

"Mundo Deportivo"nun məlumatına görə, qaydalar dəyişdirilib və hakimlə mübahisə etdiyinə görə meydandan qovulan məşqçi üçün minimum cəza bir oyun tətbiq edilib. Maksimum cəza üç oyun və ya bir aya qədərdir.

Ən son belə hadisə Madrid derbisində baş verib. "Atletiko" ilə matçda Federiko Valverdenin meydandan qovulmasından sonra Alvaro Arbeloa meydana daxil olaraq hakimdən qərara görə izahat tələb edib və dərhal cəzalanıb.

Seçilən
6
1
fanat.az

2Mənbələr