Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl yenə nişan üzüyünü çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, Los-Ancelesdə keçirilən xeyriyyə tədbirində onun barmağında yalnız sadə qızıl nikah üzüyünün olması diqqət çəkib.
Mütəxəssislər üzüyün dördüncü dəfə dizaynını dəyişdirə biləcəklərini təklif edirlər.
Şahzadə Harri və Meqan 2017-ci ildə nişanlandıqdan sonra üzüyün görünüşü üç dəfə dəyişib.