AZ

“Uembli” “yox” dedi, İngiltərə Superkuboku bu ölkədə keçiriləcək

2026-cı ildə İngiltərə Super Kuboku matçı avqustun 16-da Uelsin paytaxtı Kardiffdə keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyun “Prinsipaliti” stadionunda və ənənəvi olaraq İngiltərə Premyer Liqası mövsümünün başlamasından əvvəl keçiriləcək.

İngiltərə Superkuboku 2001-ci ildən 2006-cı ilə qədər Kardiffdə keçirilib. O vaxtdan bəri, 2012 (Birmingem) və 2022 (Lester) istisna olmaqla, kubok oyunu Londondakı “Uembli” stadionunda oynanılıb.

Qeyd olunur ki, 15 və 16 avqustda keçiriləcək konsertlər səbəbindən “Uembli” Super Kubok matçına ev sahibliyi edə bilməyəcək.

Seçilən
35
publika.az

1Mənbələr