Bakı. Trend:
Fransa millisinin sabiq futbolçusu Dimitri Payet karyerasınıbitirib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu özü açıqlamaverib.
Qeyd edək ki, son klubu Braziliyada “Vasko da Qama” olanhücumameyilli yarımmüdafiəçi "Ekselsior" (Niderland), "Nant","Sent-Etyenn", "Lill", "Marsel" (hamısı Fransa), "Vest Hem"(İngiltərə) klublarında çıxış edib.
O, Fransa millisinin heyətində keçirdiyi 38 oyunda 8 qolvurub.