Milli.Az xəbər verir ki, İranın 75-ci dalğa hücumları zamanı atılan bəzi raketlərin üzərində Sançesin fotosu ilə yanaşı, onun müharibəni "insanlıqdan kənar" adlandıran sözlərinə də istinad edilib. Sosial mediada paylaşılan görüntülərdə ingilis dilində "Thank you, Prime Minister" yazıldığı diqqət çəkib.
İspaniya hökuməti ABŞ-nin ölkədəki hərbi bazalarından İrana qarşı hücumlar üçün istifadə etməsinə icazə verməyib. Bu qərar NATO daxilindəki çatı dərinləşdirsə də, Tehran rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb. Sançes öz qərarını müdafiə edərkən 2003-cü il İraq işğalına toxunub:
"Keçmişin səhvləri təkrarlanmamalıdır."
ABŞ Prezidenti Donald Trampın hədəf aldığı Sançes İrana qarşı mümkün müharibəni "fövqəladə dərəcədə böyük bir səhv" adlandırıb. O, vurğulayıb ki, müttəfiq ölkələr bir-birlərinin səhvlərini açıq şəkildə deməyi bacarmalıdırlar.