AZ

VAR sistemini tənqid etdi: futbol tarixindəki ən pis yenilikdir

“Liverpul”un keçmiş futbolçusu Stiven Uornok VAR sistemini tənqid edib.

Publika.az xəbər verir ki, “BBC Sport” Stivenin sözlərini sitat gətirib: “VAR futbol tarixindəki ən pis yenilikdir. Düşünürəm ki, bu, hər şeyi məhv edir. Futbol matçlarını izləməkdən zövq almağı əlimizdən alır. VAR hakimlərin işini məhv edir. Məncə, bu, oyuna tamamilə uğursuz bir əlavədir”.

“Liverpul” bu mövsüm İngiltərə Premyer Liqasının turnir cədvəlində 49 xalla beşinci yerdədir. Arne Slotun komandası dördüncü yerdəki “Aston Villa”dan beş xal geridədir.

Seçilən
30
publika.az

1Mənbələr