AZ

Ermənistan Avropa Sülh Fonduna özünün ehtiyat hərbi büdcəsi kimi yanaşır

Xəbər verdiyimiz kimi, Ermənistan Avropa Sülh Fondu çərçivəsində üçüncü "ölümcül olmayan" hərbi yardım paketi almaq məqsədilə Avropa İttifaqına müraciət edib. Bu barədə məlumat verən

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ilk belə yardım 2024-cü ilin iyul ayında alınıb və 10 milyon avro məblığində olub. Ermənistan ikinci belə yardımı isə 2026-cı ilin yanvar ayında alıb. Daha doğrusu bu tarixdə Ermənistana Avropa Sülh Fondu tərəfindən 20 milyon avro məbləğində yardımın ayrılması təsdiqlənib. Indi isə Ermənistan üçüncü dəfə Avropa Sülh Fonduna yardım almaq üçün müraciət edib ki, bu da rəsmi İrəvanın silahlanma ehtirasının sərhəd tanımadığını göstərir.

Ermənistanın üçüncü dəfə Avropa Sülh Fondundan hərbi yardım almağa cəhd etməsi İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüyünü, öz silahlı qüvvələrinin hazırlığını maksimum səviyyəyə yüksəltmək üçün bütün imkanlardan istifadə etdiyini göstərir. İrəvanın bu məqsədlə Avropa Sülh Fondundan mütəmadi şəkildə faydalanması onu deməyə əsas verir ki, Ermənistan bu Fonda özünün ehtiyat hərbi büdcəsi kimi yanaşır. Belə olmasaydı, Ermənistan Avropa Sülh Fondundan ikinci yardımı qəbul etməmiş üçüncü yardımın alınması üçün müraciət etməzdi.

Avropa Sülh Fondunun Ermənistan ordusunun sponsoru qismində çıxış etməsi bu Fondun gərəkliliyi və faydalılığı ilə bağlı da məsələni aktuallaşdırmaqdadır. Sözdə sülh, əməldə isə müharibəyə xidmət edən bu Fondun təhlükəsizliyin təmini adı altında təcavüzkar ölkələri silahlandırması, onun xeyirdən çox şərə xidmət etdiyini göstərir. Bu isə həmin qurumun legitimliyini yenidən dəyərləndirməyi zəruri edir.

Şübhəsiz, Avropa Sülh Fondunun öz büdcəsi hesabına Ermənistan ordusunu bəsləməsi prosesi bundan sonra da eyni müntəzəmliklə davam edəcəksə, bu, Azərbaycan, eləcə də digər dövlətlərin öz etirazlarını Avropa İttifaqına, eləcə də digər beynəlxalq təşkilatlara çatdırmaqları üçün əsas olacaq. İstənilən halda, Ermənistanın Avropanın vəsaiti hesabına silahlanmasını sakitcə seyr etmək yolverilməzdir və bu, regionumuzun gələcəyi üçün yaxşı heç nə vəd etmir.

Seymur ƏLİYEV

 

 

Seçilən
47
1
moderator.az

2Mənbələr