AZ

Çoxlu şayiələr və yalanlar yayıldı, bu yüksək səviyyəli idmançının həyatının bir hissəsidir Mbappe

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe zədəsindən sonra vəziyyəti barədə danışıb. Əvvəlcə fransız oyunçu zədələnmiş dizini yoxlatmaq üçün Parisə səfər etmişdi.

Sportal.az xəbər verir ki, Mbappe öz açıqlamasında bunları qeyd edib:

“Dizimlə hər şey qaydasındadır, getdikcə yaxşılaşır. Bu barədə çoxlu şayiələr yayıldı və bir çox yanlış məlumat verildi. Bu yüksək səviyyəli idmançının həyatının bir hissəsidir, biz də insanlarının heç bir əsas olmadan və yoxlamadan danışdıqları şeylərə öyrəşmişik.

Mən 100% sağalmışam. Parisdə dəqiq diaqnoz almaq imkanım oldu. Və birlikdə plan hazırladıq ki, həm “Real”da, həm də dünya çempionatı öncəsi ən yüksək səviyyəmə qayıdım."

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
sportal.az

2Mənbələr