Çərşənbə axşamı müntəzəm çempionatda əvvəlki turlardan təxirə salınan üç oyun keçirlib.
"Football-plus.az" xəbər verir ki, “Olimpiakos”un qonağı olan “Fənərbaxça” ardıcıl ikinci oyunda məğlubiyyətlə barışıb. Bununla belə, “sarı-lacivərdlilər” yenə də turnir cədvəlinə başçılıq edir. Müntəzəm çempionatın başa çatmasına isə 7 tur qalır. Turnir cədvəlindən də göründüyü kimi, yalnız iki komandanın oyun sayı azdı. İsrail təmsilçiləri “Makkabi” ilə “Hapoel” arasındakı oyun aprelin 12-də keçiriləcək.
14-cü turdan təxirə salınan oyun: Olimpiakos (Yunanıstan) – Fənərbaxça (Türkiyə) 104:87 (23:29, 25:17, 26:21, 30:20)
21-ci turdan təxirə salınan oyun: Hapoel T-Ə (İsrail) – Paris (Fransa) 93:82 (24:30, 28:23, 23:16, 18:13)
30-cu turdan təxirə salınan oyun: Partizan (Serbiya) - Dubay (BƏƏ) 88:74 (18:26, 20:21, 25:10, 25:17)
1 2 3 4 5 6
1. Fənərbaxça 31 22 9 2558-2468 71 53
2. Olimpiakos 31 20 11 2794-2611 65 51
3. Real 31 20 11 2722-2564 65 51
4. Valensiya 31 20 11 2808-2679 65 51
5. Hapoel T-Ə 30 19 11 2598-2492 63 49
6. Srvena Zvezda 31 18 13 2691-2637 58 49
7. Jalgiris 31 17 14 2757-2607 55 48
8. Monako 31 17 14 2784-2670 55 48
9. Panatinaikos 31 17 14 2656-2618 55 48
10. Barselona 31 17 14 2640-2605 55 48
11. Dubay 31 16 15 2726-2723 52 47
12. Milan 31 16 15 2661-2674 52 47
13. Makkabi T-Ə 30 14 16 2661-2742 47 44
14. Bavariya 31 13 18 2506-2599 42 44
15. Virtus B 31 13 18 2528-2624 42 44
16. Paris 31 12 19 2775-2828 39 43
17. Partizan 31 11 20 2496-2703 35 42
18. Efes 31 10 21 2494-2606 32 41
19. Baskoniya 31 9 22 2699-2873 29 40
20. ASVEL 31 8 23 2447-2678 26 39
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – məğlubiyyət,4 – xal fərqi, 5 – qələbə faizi, 6 – xal.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta