Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisinin yeni baş məşqçisi olacaq.
QOL.az-ın məlumatına görə, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo “Le Figaro”ya müsahibəsində bildirib ki, yığmanın yeni baş məşqçisinin kim olacağı artıq dəqiqləşdib. Sadəcə təyinat mundialdan sonra rəsmiləşəcək və bu səbəbdən də o, ad açıqlamaq istəmir.
“Le Parisien”in isə Deşamı millidə məhz Zidanın əvəzləyicini yazıb. Qeyd olunub ki, 53 yaşlı mütəxəssis bir neçə həftə əvvəl Fransa Futbol Federasiyası ilə razılıq əldə edib.
Xatırladaq ki, Zidanın son iş yeri 2021-ci ildə ayrıldığı “Real” olub.