AZ

Ceyson Momoa ailəsi ilə təxliyə edildi

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Havay adalarında baş verən güclü fırtına və daşqınlar nəticəsində Hollivud ulduzu Ceyson Momoa ailəsi ilə birlikdə Oahu adasının şimal sahillərindən təxliyə edilib.

Axşam.az xəbər verir ki, təbii fəlakət son 20 ildə regionda qeydə alınan ən güclü daşqın kimi qiymətləndirilir. Momoa bildirib ki, cümə günü elektrik enerjisi kəsilib, həmçinin Vahiava bəndinin yarılması təhlükəsi kütləvi təxliyəyə səbəb olub.

Pis hava şəraiti səbəbindən o, həftəsonuna planlaşdırılan musiqi tədbirini də ləğv etməyə məcbur qalıb.

Momoa sosial şəbəkədəki müraciətində yerli sakinləri bir-birinə dəstək olmağa çağırıb.

Havay ştatının qubernatoru Coş Qrin isə bildirib ki, hadisə nəticəsində insan itkisi qeydə alınmayıb. Honolulu şəhər rəhbərliyinin məlumatına görə, 230-dan çox şəxs xilasedicilər tərəfindən təxliyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
axsam.az

1Mənbələr