AZ

Şamaxıda doğulmuş 102 yaşlı həkim İsraildə vəfat etdi

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Şamaxı şəhərində anadan olan Raisa Borisovna Sinitsına 102 yaşında İsraildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Shimal.news” məlumat yayıb.

Bildirilib ki, R.Sinitsına uzun illər əvvəl Azərbaycandan Leninqrada (indiki Sankt-Peterburq) köçüb, Birinci Dünya müharibəsi vaxtı xeyli müddət mühasirədə yaşayıb. Blokadanın götürülməsinin 75 illiyi münasibətilə xatirə şamını yandırmaq şərəfinə layiq görülüb.

Leninqrad Konservatoriyası nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbini violonçel ixtisası üzrə bitirən Raisa həvəskar orkestralarda çıxış edib. Əsas peşəsi isə həkim-pediatr olub.

O, 1992-ci ildə İsrailə köçüb.

2019-cu ildə israilli rejissor E.Qraboy müxtəlif kateqoriyalarda çoxsaylı mükafatlar qazanan “Raya Sinitsınanın müharibəsi” sənədli filmini çəkib.

Gənc yaşlarında Azərbaycandan ayrılsa da, İsrail-Azərbaycan “Azİz” assosiasiyasının tədbirlərində tez-tez iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
5
qafqazinfo.az

6Mənbələr