AZ

Macarıstan XİN başçısı narahatdır: “Müxalifət qələbə qazanarsa...”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

““Tisza” hakimiyyətə gələrsə, Ukrayna Avropa İttifaqına qəbul ediləcək və Macarıstan münaqişəyə cəlb olunacaq”

Macarıstanın müxalifət partiyası “Tisza” hakimiyyətə gələrsə, Ukrayna Avropa İttifaqına (Aİ) qəbul ediləcək və Macarıstan münaqişəyə cəlb olunacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.

"Əlbəttə ki, hər kəs “Tisza”dan nə gözləməli olduğunu bilir: Ukraynanın Aİ-yə qoşulması üçün yaşıl işıq yandırıldıqda, ukraynalılar Macarıstan xalqının pulunu götürüb ölkəmizi Ukrayna böhranına sürükləyə biləcəklər. Cavabımız budur: heç vaxt!", - deyə bildirib.

Macarıstanın xarici işlər naziri həmçinin qeyd edib ki, Ukraynanın Macarıstan parlament seçkilərinə müşahidəçi göndərmək istəyi yalnız “Tisza” ilə gizli sövdələşmə və onu dəstəkləmək istəyi ilə diktə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
ayna.az

1Mənbələr