Çay yataqlarında xarici görünüşü adi palçıq qatı ilə örtüldüyü üçün fərq edilmədən keçilən "geod" daşları, daxilindəki nadir kristal strukturları ilə yüksək maddi dəyərə malikdir. Onların formalaşması milyonlarla il çəkir.
Milli.Az xəbər verir ki, təbiətdə adi bir qaya parçası kimi görünən, lakin daxili quruluşuna görə böyük qiymətə malik olan "geod" daşları, son dövrlərdə həm kolleksiyaçıların, həm də zərgərlik sənayesinin diqqət mərkəzindədir. Çay yataqlarında xarici tərəfi palçıqlı və kərpic rəngli təbəqə ilə örtülən bu daşlar, kənardan baxdıqda heç bir iqtisadi dəyəri yoxmuş kimi görünsə də, içindəki kristallar heyrət doğurur.
Xarici səthi tamamilə kələ-kötür və narıncı qatla örtülmüş daşın içindən çıxan bənövşəyi, çəhrayı və ağ kristallarının yüksək keyfiyyət standartlarına sahib olduğu görünür. Bu növ tapıntılar mineral sıxlığına, rəng dolğunluğuna və kristal ölçüsünə görə yarı qiymətli daşlar kateqoriyasına aid edilir. Xüsusilə şəffaflığı yüksək olan hissələr zərgərlik sektorunda və dekorativ əşyaların hazırlanmasında xammal kimi istifadə olunur.
Mütəxəssislər bildirir ki, bu daşların dəyərini müəyyən edən ən vacib amil milyonlarla il davam edən yaranma prosesidir. Vulkanik fəaliyyətlərdən sonra süxur boşluqlarına sızan minerallı suların kristallaşması ilə meydana gələn bu "xəzinə" görünüşlü strukturlar, təbiətdə nadir tapıldıqları üçün yüksək bazar qiymətinə malik ola bilirlər. Daşın xarici qabığı içindəki bu qiymətli mineral quruluşu xarici amillərdən tamamilə qoruyaraq, pozulmadan günümüzə qədər çatmasını təmin edir.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar: