AZ

İran XİN Trampın danışıqlara başlamaq istəyi ilə bağlı mesajlar aldığını təsdiqləyib

İran XİN Trampın danışıqlara başlamaq istəyi ilə bağlı vasitəçilərdən mesajlar aldığını təsdiqləyib.

“Son günlər bəzi dost ölkələr vasitəsilə ABŞ-ın müharibəni dayandırmaq məqsədilə danışıqlara başlamaq xahişi ilə bağlı məlumatlar daxil olub. Bu mesajlara İranın prinsipial mövqelərinə uyğun lazımi cavab verilib. Cavablarda İranın həyati əhəmiyyətli infrastrukturuna hər hansı hücumun ağır nəticələri barədə lazımi xəbərdarlıqlar edilib. Vurğulanıb ki, ölkənin enerji infrastrukturuna qarşı hər hansı hərəkət İran silahlı qüvvələrinin qətiyyətli, dərhal və effektiv cavabı ilə qarşılanacaq”, - deyə İran XİN-in mətbuat katibi Esmail Baqai bildirib.

Diplomat həmçinin Tehranın Birləşmiş Ştatlarla heç bir danışıqlar aparmadığını qeyd edib. “İran İslam Respublikasının Hörmüz boğazı və müharibənin dayandırılması şərtləri ilə bağlı mövqeyi dəyişməz qalır”, - deyə o əlavə edib.

Seçilən
30
teleqraf.com

1Mənbələr