AZ

Osimhen zədədən sonra uğurlu əməliyyat keçirib

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la səfər matçında zədələnərək oyununu davam etdirə bilməyən “Qalatasaray”ın hücumçusu Viktor Osimhen uğurla əməliyyat olunub.

İdman.Biz bildirir ki, bu barədə klubun rəsmi sosial media hesabı məlumat yayıb.

Osimhen “Liverpul”un müdafiəçisi İbrahima Konate ilə toqquşmada zədə alıb və bir neçə ay oynaya bilməyəcək.

Pley-off mərhələsinin İstanbulda keçirilən ilk oyunu “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Liverpulda keçirilən cavab oyunu isə ingilis klubunun xeyrinə 4:0 hesabı ilə başa çatıb.

İdman.Biz
Seçilən
18
1
idman.biz

2Mənbələr