AZ

Nigeriyada partlayış nəticəsində 8 nəfər ölüb

Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 8 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, partlayışın təsirindən dağılan körpüdə olan 8 nəfər hadisə yerində həlak olub.

Güc strukturları hadisə ilə bağlı antiterror əməliyyatına başlayıb.

Seçilən
48
teleqraf.com

1Mənbələr