AZ

"Uembli" stadionu İngiltərə Superkubokuna konsert səbəbindən ev sahibliyi etməyəcək

2026-cı ildə İngiltərə Superkuboku uğrunda oyun "Uembli" stadionunda keçirilməyəcək.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, ölkənin əsas arenası ifaçı "The Weeknd"in konserti səbəbindən bu qarşılaşmaya ev sahibliyi edə bilməyəcək.

İngiltərə Superkuboku uğrunda oyun avqustun 16-da keçiriləcək və qarşılaşma Kardiff şəhərində baş tutacaq. Yerli stadion daha əvvəl — 2001–2006-cı illərdə, Uembli stadionu yenidən qurulduğu dövrdə altı dəfə bu oyuna ev sahibliyi edib.

Yenidənqurmadan sonra "Uembli" stadionu 2007-ci ildən etibarən nadir istisnalarla bu matçın əsas keçirilmə məkanı olub. Belə ki, 2012 və 2022-ci illərdə Superkubok oyunları müvafiq olaraq Olimpiya turnirinin finalı və qadınlar arasında Avropa çempionatının finalı səbəbindən digər stadionlara köçürülmüşdü.

Seçilən
34
90deqiqe.az

1Mənbələr