AZ

Erol Köse intihar edibmiş Məktub tapıldı

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

16-cı mərtədən yerə düşərək ölən türkiyəli tanınmış prodüser Erol Kösenin intihar etdiyi üzə çıxıb.

Axşam.az xəbər verir ki, istintaq çərçivəsində hadisə yerində araşdırmalar aparan polis əməkdaşları Erol Kösenin binadan atlamadan əvvəl məktubunu tapıb.

Məktubda “ALS (Amyotrofik Lateral Skleroz- beyin və onurğa beynindəki hərəkət sinirlərini zədələyən xəstəlik) xəstəliyimdən dolayı dayana bilmirəm. Heç kim məsuliyyət daşımır. Pişiyimə yaxşı baxın" sözləri yazılıb.

Məlum olub ki, prodüser 3 aydır evdən çölə çıxmırmış və bir müddət əvvəl bütün müəlliflik hüquqlarını qızına verib. 

Hazırda Kösenin ölümü ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
axsam.az

1Mənbələr