Ağdaşda 70 yaşlı qadın qətlə yetirilib, onun oğlu şübhəli kimi saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Qobuüstü kəndində baş verib.
Kənd sakini, 70 yaşlı Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisəni törətməkdə qadının 37 yaşlı oğlu Rahib Əbilov şübhəli bilinir.
Ailə üzvlərinin sözlərinə görə, Rahib Əbilov hadisə baş verən vaxt sərxoş olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahib Əbilov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.