AZ

Nigeriyada partlayış nəticəsində 8 nəfər həlak olub

Bakı. Trend:

Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırmapartlayıcı qurğunun partlaması nəticəsində azı səkkiz nəfərölüb.

Trend xəbər verirki, bu barədə yerli "The Sun Nigeria" qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış körpünü dağıdıb və həmin zaman körpüdəolan avtomobildəki yeddi sərnişin ilə sürücü hadisə yerində həlakolub.

Partlayıcının terrorçular tərəfindən yerləşdirildiyi ehtimalolunur.

Niger ştatı polis idarəsinin rəsmi nümayəndəsi Vasiu Abiodunbildirib ki, güc strukturları hadisə ilə bağlı antiterrorəməliyyatına başlayıb.

Seçilən
66
az.trend.az

1Mənbələr