AZ

"Muhteşem Yüzyıl" serialı aylıq 800 min gəlir gətirir

Bir zamanların reytinqli layihələrindən olan "Muhteşem Yüzyıl" serialı hələ də istehsalçılarına gəlir gətirməyə davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə "View Stats" məlumat yayıb.

Qeyd edilib ki, Sultan Süleyman Qanuninin hakimiyyəti dövründən bəhs edən ekran işi yutubdan aylıq 800 000 lirə (30 720 AZN) gəlir gətirir.

Məlumat üçün bildirək ki, serial 2011-2014-cü illərdə yayımlanıb.

Rollarda Halit Ergenç, Meryem Uzerli, Vahide Perçin, Nebahat Çehre, Okan Yalabık, Pelin Karahan, Nur Fettahoğlu, Selma Ergeç, Ozan Güven kimi aktyorlar çəkiliblər.

Seçilən
30
1
far.az

2Mənbələr