AZ

Morten Hyulmand Mançester Siti nin hədəfindədir

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Portuqaliyanın "Sportinq" klubunda çıxış edən danimarkalı yarımmüdafiəçi Morten Hyulmand karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az Portuqaliyanın "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" 26 yaşlı futbolçunun transferi üçün aparılan yarışda liderlik edir. İtaliyanın "Yuventus" klubu bu mübarizədən çəkildikdən sonra "şəhərlilər"in şansları daha da artıb.

Bir müddət "Mançester Yunayted" ilə də adı hallanan Hyulmandın transfer məsələsi Ruben Amorimin gedişindən sonra soyumuşdu.

Hazırda Pep Qvardiolanın komandası yarımmüdafiə xəttini daha da möhkəmləndirmək üçün bu transferə böyük önəm verir.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
fanat.az

2Mənbələr