Hazırda icarə əsasında “Barselona”da çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşford Avropanın bir neçə klubunun transfer hədəfindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus”, “Arsenal” və “Çelsi” ingilis futbolçuyla maraqlanır.
Lakin “Barselona” Reşfordu komandada saxlamaq istəyir və onun icarə müddətini uzatmağı düşünür. “Mançester Yunayted” isə forvardı birdəfəlik satmağı hədəfləyir.
28 yaşlı futbolçu bu mövsüm La Liqada 24 oyunda meydana çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.