AZ

ABŞ Müctəba əvəzinə onunla danışıqlar aparır

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ ilə aparılan danışıqlarda baş müzakirəçidir.

Publika.az xəbər verir ki, bunu İsraildəki mənbəsinə istinadən "The Jerusalem Post" bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp ötən iki gün ərzində tərəflərin "məhsuldar danışıqlar" apardıqlarını açıqlayıb. Ağ Ev rəhbəri İranla danışıqların yeni raundunu elan edib. Bununla belə İran XİN bu məlumatı təkzib edərək Vaşinqtonla heç bir danışığın aparılmadığını bəyan edib.

Tramp qeyd etmişdi ki, “ABŞ danışıqları İranın ali rəhbəri Müctəba Xamenei ilə aparmır”. “Biz İranda hörmətli şəxslərlə danışıqlar aparırıq, ali rəhbərlə yox”, - Amerika lideri vurğulayıb.

Seçilən
53
publika.az

1Mənbələr