AZ

"Sevilya" baş məşqçisiz qaldı

Matias Almeyda "Sevilya" komandasının baş məşqçi postundan ayrılıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Əndəlüs təmsilçisi 52 yaşlı argentinalı mütəxəssisin vəzifəsindən azad edildiyini ictimaiyyətə açıqlayıb.

Buna səbəb, görünür, komandanın qeyri-qənaətbəxş nəticələridir. Belə ki, hazırda eyniadlı şəhəri təmsil edən kollektiv İspaniya çempionatının turnir cədvəlində yalnız 15-ci pillədə qərarlaşıb.

Almeyda 2025-ci ilin yayından etibarən, vaxtilə futbolçu kimi də çıxış etdiyi bu komandaya rəhbərlik edirdi. "Sevilya" klubunun yeni baş məşqçisinin kim olacağı isə hələlik məlum deyil. Növbəti turda sevilyalılar "Real Ovyedo" ilə qarşılaşacaqlar.

Seçilən
24
90deqiqe.az

1Mənbələr