AZ

İctimai nəqliyyatın əsasını qoyan fizik FOTOLAR

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

364 il əvvəl, 18  mart 1662-ci ildə dünyada ilk ictimai nəqliyyat fəaliyyətə başladı. Həmin gün Parisdə karetalar xəttə çıxdı.

Avtosfer.az xəbər verir ki, ideyanın müəllifi məşhur fikiz, orta məktəb dərsliklərindən tanıdığımız Blez Paskal idi. Paskal elmlə yanaşı şəhərsalma ilə də məşğul olurdu.

17-ci əsrin ortalarında Paris dünyanın böyük şəhərlərindən idi. Orada yarım milyonadək insan yaşayırdı. Təbii ki, heç də hamının atı, eşşəyi, arabası yox idi. 1661-ci ilin noyabrında Blez Paskal təklif edir ki, şəhərdə atlı ekipajların konkret marşrut üzrə hərəkəti təşkil edilsin. Bu karetalar yerlərin tam dolmasını gözləməməli, konkret qrafiklə hərəkət etməlidir. Paskalın təkliflərindən biri də marşrutun hamı üçün əlçatan, ucuz olması idi. 

1662-ci ilin yanvarın 19-da kral XIV Lüdovik layihəni təsdiqləyir. Artıq martın 18-də ilk karetalar fəaliyyətə başlayır.

Beləcə, dünyada ilk ictimai nəqliyyatın əsası qoyuldu. Layihə ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Bu gün də Paris ictimai nəqliyyatın çox yaxşı işlədiyi şəhərlərdəndir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
avtosfer.az

1Mənbələr