ain.az, Demokrat.az saytına istinadən bildirir.
"Uzun müddət davam edən kəpək ciddi fəsadlar yarada bilər"Demokrat.az xəbər verir ki, bunu trixoloq Tatyana Qonçarova deyib. O bildirib ki, kəpək sadəcə kosmetik problem deyil, uzun müddət müalicə edilmədikdə xroniki xəstəliklərə yol açır.Həkimin sözlərinə görə, kəpək baş dərisində hüceyrələrin yenilənmə prosesinin pozulması nəticəsində yaranır.Normalda baş dərisi 30 gün ərzində yeniləndiyi halda, kəpək zamanı bu müddət iki dəfə qısalır. Daimi qaşınma isə dəridə mikroçatların yaranmasına və bakteriyaların orqanizmə asan daxil olmasına şərait yaradır. Bu vəziyyət iltihabı gücləndirərək irinli yaraların və hətta çibanların yaranması ilə nəticələnə bilir.Həkim xəbərdarlıq edir ki, kəpək saç tökülməsinin də əsas səbəblərindən biridir. Baş dərisində yaranan qabıqlar saç köklərinin oksigen və qida maddələri ilə təmin olunmasına mane olur. Nəticədə saç folikulları atrofiyaya uğrayır və bu proses geri dönməz xarakter daşıyır.Kəpək vaxtında müalicə olunmadıqda seborreyalı dermatitə çevrilərək üz, qulaq və kürək nahiyələrinə də yayıla bilir. Stress və zəif immunitet dəridəki göbələklərin fəaliyyətini artıraraq vəziyyəti daha da pisləşdirir. Həkim bu problemlə üzləşənlərə fərdi müalicə üsullarından və xüsusi təmizləyici pilinqlərdən istifadə etməyi məsləhət görür.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.