AZ

Xərçəng riskini azaltmağın sadə yolu tapıldı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dietoloq-onkoloq Reyçel Miller gündəlik fiziki aktivliyin səkkiz növ xərçəng xəstəliyinə tutulma riskini əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Kentukki Universitetinin mütəxəssisi qeyd edib ki, hərəkətli həyat tərzi orqanizmdəki iltihabı aşağı salır və immun sistemini gücləndirir.Araşdırmalara görə, müntəzəm məşqlər süd vəzisi, yoğun bağırsaq, böyrək, ağciyər və mədə xərçəngi kimi ağır xəstəliklərin qarşısını almağa kömək edir. Fiziki aktivlik şiş hüceyrələrinin böyüməsinə təsir edən hormonların səviyyəsini tənzimləyir. Eyni zamanda immun sistemi hələ çoxalmağa başlamamış anomal hüceyrələri daha asan aşkar edərək məhv edir.Həkim böyüklərə həftədə ən azı 150 dəqiqə sürətli gəzinti və ya 75 dəqiqə intensiv qaçışla məşğul olmağı tövsiyə edir. Statistik məlumatlar göstərir ki, gündə yeddi min addım atanlarda xərçəng riski on bir faiz, doqquz min addım atanlarda isə on altı faiz azalır. Ən yüksək fiziki aktivliyi olan şəxslərdə bu göstərici oturaq həyat tərzi keçirənlərlə müqayisədə iyirmi altı faiz aşağıdır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
demokrat.az

1Mənbələr