AZ

Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO

Belçikanın Lommel şəhərində taekvondo üzrə “Belgian Open” beynəlxalq turniri keçirilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə gənc taekvondoçularımız mübarizəyə qoşulublar.

Komandamızın üzvləri 1 qızıl və 4 bürünc medal qazanıblar. 49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Taekvondoçularımız Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.

Böyüklər arasında keçirilən yarışda taekvondoçumuz Qaşim Maqomedov (63 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.

Deflimpiya və Paralimpiya milliləri birgə təlim-məşq toplanışına başlayıb - FOTO

Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə bürünc medal qazanıb

ATF "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirib

Niyaməddin Paşayev: “İdmançıların əsas hədəfi yığmaya düşməkdir”

Seçilən
31
14
apasport.az

10Mənbələr