AZ

Osimhen Türkiyə klubunu satın alır - SƏBƏB

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen təkcə meydandakı çıxışı ilə deyil, həm də idman idarəçiliyi sahəsindəki planları ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, Afrika mətbuatının yaydığı iddiaya görə, nigeriyalı forvard Türkiyənin "İstanbulspor" klubunu satın almağa hazırlaşır.

Osimhenin əsas hədəfi təkcə klub sahibi olmaq deyil, həm də Nigeriya və Türkiyə arasında xüsusi bir futbol körpüsü qurmaqdır. Layihə çərçivəsində Nigeriyada açılacaq futbol filialı vasitəsilə istedadlı gənclər kəşf edilərək Türkiyəyə gətiriləcək.

Gənc oyunçular "İstanbulspor" vasitəsilə Avropa futboluna adaptasiya olunduqdan sonra daha böyük klublara transfer ediləcəklər. Bu sistem vasitəsilə Osimhen həm öz vətənindəki gənclərə yol açmaq, həm də futbol dünyasında yeni bir model yaratmaq niyyətindədir.

Seçilən
1
fanat.az

1Mənbələr