AZ

Azərbaycan gimnastı beynəlxalq turnirdə iki medal qazanıb - FOTO

Sloveniyanın paytaxtı Lyublyana şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan gimnastı Azadə Atakişiyeva uğurlu çıxışı ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, idmançımız top ilə proqramda yüksək nəticə göstərərək gümüş medal qazanıb. O, həmçinin lent ilə proqramda da uğurla çıxış edərək bürünc medala layiq görülüb.

İdman.Biz
Seçilən
15
idman.biz

1Mənbələr