AZ

Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, tərəflər Yaxın Şərq regionundakı son hadisələri, o cümlədən ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatların müvəqqəti dayandırılması ilə bağlı verdiyi bəyanatı nəzərdən keçirib.

İshaq Dar regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək üçün diplomatik fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, tərəflər mövcud dəyişkən vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər.

"TRT Haber" isə Hakan Fidanın İshaq Darla yanaşı, Misir və norveçli həmkarları ilə telefon danışığı apardığını bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Seçilən
35
5
aznews.az

6Mənbələr