Bakı. Trend:
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası “CentiSpace-2”peyklərinin Yer kürəsinin aşağı orbitinə uğurla buraxıldığınıaçıqlayıb.
Trend xəbər verir ki, bubarədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, raket buraxılışı Sarı dənizdə yerləşən HaiyangPeyk Buraxılış Mərkəzindən “Jielong-3” daşıyıcı raketi vasitəsiləhəyata keçirilib.
“CentiSpace” seriyalı peyklər aşağı Yer orbitindən qlobalnaviqasiya peyk sistemlərini gücləndirmək üçün siqnallar ötürməkməqsədilə hazırlanıb.