AZ

Erməni nazir: Azərbaycanla Ermənistan arasında aqressiya və düşmənçilik azalır

Cəmiyyətlərin və hər iki ölkənin hakimiyyət nümayəndələrinin ritorikasında bir-birinə qarşı aqressiya və düşmənçilik azalır.

Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq deyib.

"Bütün məsələlərin həll olunduğunu, heç bir problem olmadığını və Ermənistan ilə Azərbaycan arasında sülhün tamamilə problemsiz olduğunu demək - bu, həddindən artıq şişirtmədir. Nəhayət, uzun illər davam edən münaqişə olub, çox qan tökülüb və yaralar hələ də təzədir", deyə nazir bildirib.

Onun sözlərinə görə, hər iki dövlət arasında bir-birinə qarşı aqressiya və düşmənçilik getdikcə azalır.

Ararat Mirzoyan bildirib ki, Ermənistan və Türkiyə arasında hər iki ölkənin universitetlərində təhsil alan tələbələrə təqaüd verilməsi imkanı nəzərdən keçirilir. Nazir qeyd edib ki, hazırda Ermənistan və Türkiyə arasında çox dinamik, aktiv və ümidverici dialoq gedir. 

Ararat Mirzoyan xatırladıb ki, İrəvan və Ankara arasında artıq konkret razılaşmalar mövcuddur və hər iki ölkə bu razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyiş əldə edir: "Hazırda hər iki ölkənin universitetlərində təhsil alan tələbələrə təqaüd verilməsi imkanı da müzakirə olunur".

O, həmçinin qeyd edib ki, 2025-ci il ərzində Ermənistan və Türkiyə rəsmiləri arasında çoxsaylı görüşlər və təmaslar keçirilib ki, bu da iki ölkə arasında dialoqun dinamik irəliləyişini göstərir. 

Nazir həmçinin bildirib ki, Ermənistan və Pakistan qeyri-rezident səfirliklərin yaradılması prosesindədir. Arart Mirzoyan xatırladıb ki, ötən il Ermənistan Lesoto, Solomon Adaları və Pakistanla diplomatik münasibətlər qurub. O bildirib ki, xüsusilə Pakistanla bağlı uzun müddətdir həll olunmamış bir məsələ var idi: "Bu vəziyyət Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı idi. Keçən il qarşılıqlı anlaşma əldə etdik. Pakistan tərəfi də olduqca rəsmi şəkildə cavab verdi, biz diplomatik münasibətlər qurduq və səfirlər təyin edəcəyik. Bu mərhələdə onlar qeyri-rezident səfirlər olacaqlar, amma biz bu prosesdəyik".
 

Seçilən
31
hit.az

1Mənbələr