AZ

Velko Simiç: “Azərbaycanda hər şey mənim üçün yaxşı gedir” - MÜSAHİBƏ

“Qarabağ”la oyunlarımız hər zaman çox maraqlı və baxımlı olur”.

Bunu “Sabah”ın serbiyalı yarımüdafiəçisi Velko Simiç futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Son turda “Qarabağ”ın “Kəpəz”ə uduzması sizin üçün gözlənilməz olmadı? Bu nəticədən sonra çempionluğa inamınız daha da artdımı?

- Çempionatda hər bir komanda sona kimi mübarizə aparır. Bu baxımdan heç bir komanda xal itkisindən sığortalanmayıb. O ki qaldı xal fərqinə, yaxşı üstünlükdür, amma hələ heç nə bitməyib. Rahatlaşa bilmərik.

- Milli fasilə hazırda əla formada olan “Sabah”a mənfi təsir etməyəcək ki? Yəqin ki, belə bir məqamda fasilənin yaranmasını istəməzdiniz…

- Xeyr, əksinə, bu bizə dincəlmək üçün vaxt verəcək. Yanvardan sonra çox oyun keçirmişdik.

- Aprelin 3-də kubokda “Qarabağ”la ilk yarımfinal matçına çıxacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- “Qarabağ”la oyunlarımız hər zaman çox maraqlı və baxımlı olur. Düşünürəm ki, bu, rəqabətdə daha bir möhtəşəm səhifə olacaq. Görək nə baş verəcək.

- Bu görüşdən sonra isə sizi liqada “Araz-Naxçıvan”la səfər oyunu gözləyir. Rəqib sizə problem yarada bilər, yoxsa asan qələbə gözləyirsiniz?

- Çempionatda hər bir oyun çətin keçir. Bu matç da istisna olmayacaq. Bizi çətin, bir o qədər də daha bir mühüm görüş gözləyir. Hər matça olduğu kimi, bu oyuna da qələbə üçün çıxacağıq.

- “Sabah”a və Azərbaycan liqasına çox rahat uyğunlaşdınız, qısa zamanda sözünüzü deməyə başladınız. Burada uzun illər qalmağı planlaşdırırsınız?

- Mövsüm bitəndə hər şeyi müzakirə edəcəyik. Hələlik “Sabah”da və Azərbaycanda hər şey mənim üçün yaxşı gedir. Burada olmaqdan şadam. İndi yalnız komandamın qarşıdakı oyunları barədə düşünürəm.

İdman.Biz
Seçilən
32
1
idman.biz

2Mənbələr