AZ

Tramp İranın enerji infrastrukturunu bombalamağı təxirə saldı

Məmnuniyyətlə bildirirəm ki, ABŞ və İran son iki gün ərzində Yaxın Şərqdə aramızdakı qarşıdurmanın tam və qəti həlli ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar aparıblar.

Heftelik.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truthsocial” platformasında bildirib.

“Mən həftə ərzində davam edəcək bu dərin, ətraflı və konstruktiv müzakirələrin ümumi ruhu və məzmununu nəzərə alaraq Müharibə Nazirliyinə İrana məxsus elektrik stansiyaları və enerji infrastrukturuna qarşı bütün hərbi zərbələrin beş günlük müddətə təxirə salınması barədə göstəriş vermişəm. Bu qərar davam edən görüş və müzakirələrin uğurundan asılıdır”, – ABŞ Prezidenti vurğulayıb.

“Tasnim” xəbər agentliyi isə İranın təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Tramp İrana qarşı kritik infrastruktur obyektlərinə hücum planlarından, İranın hərbi təhdidlərinin real və ciddi xarakter alması səbəbindən imtina edib.

Qeyd edilib ki, ABŞ daxilində və Qərbdə maliyyə bazarlarının təzyiqi, həmçinin istiqraz bazarına yönəlmiş risklər də bu geri addımda mühüm rol oynayıb.

Bildirilib ki, heç bir danışıqlar aparılmayıb və hazırda da aparılmır.

 

Seçilən
85
11
heftelik.az

10Mənbələr