AZ

İngiltərə millisinin heyətində iki itki

İngiltərə milli komandanın heyətində dəyişikliklər edilib.

Sportal.az xəbər verir ki, "Arsenal"da çıxış edən Ebereçi Eze ilə "Bayer"in formasını geyinən Carell Kuansa heyətdən kənarlaşdırılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu zədəlidir. Onların yerinə "Nyukasl"ın müdafiəçisi Harvi Barns və "Arsenal"dan Ben Uayt düşərgəyə dəvət edilib.

Qeyd edək ki, İngiltərə yığması iki yoldaşlıq oyunu keçirəcək. Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv martın 27-də Uruqvayla, 31-də isə Yaponiya ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
34
1
sportal.az

2Mənbələr