AZ

Tolik yenidən qayıdır - “Hələlik “başımı qaşımağa” vaxtım yoxdur”

“Hazırda verilişlə bağlı düşünmürəm. Məndən çox televiziyada əməyi olan insanların verilişləri bağlanıb. Onların içində Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Zaur Baxşəliyev var, televiziyaya illərini veriblər. Onların yanında mən heç aparıcılıqdan danışmaq istəmirəm. Heç olmasa ikinci peşəm var, özümə görə deyil, onlara görə narahatam. Düzdür, onlar da işlərini görəcəklər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında aparıcı və prodüser Tarix Əliyev (Tolik) deyib.

 

T.Əliyev “Space TV”nin rəhbərliyi ilə normal münasibətlərinin olduğunu bildirib.““Space” mənim doğma kanalımdır. Orada işləsəm də, işləməsəm də rəhbərliyə təşəkkür edirəm. Çünki Vado müəllim, doğurdan da,  mənim üçün çox əziyyət çəkdi. Çalışdım ki, işçilər, aparıcılar arasında işimlə özümü göstərim. Hətta mənə şərait yaratdılar ki, canlı efirə çıxıb tamaşaçılarımla sağollaşdım. Amma digər aparıcılara bu imkan verilmədi. Onlara görə də pis oldum. İki aydan sonra bütün verilişlər tətilə gedirlər. Hazırda İstanbuldayam. Qayıtdıqdan sonra “Youtube” kanalında yayımlanan “Səmimi” adlı proqramı televiziya formatında çəkəcəyəm. Orada bir deyil, iki müğənni olacaq. Mahnılar da ifa olunacaq və “Youtube” kanalında baxılacaq. Jurnalistlər, media əhli üçün maraqlı mövzular gündəmə qoyacağam. Əsas odur ki, rahatam, övladımın ad günü yaxınlaşır, bacımın toyu var, ona hazırlaşıram. Hələlik “başımı qaşımağa” vaxtım yoxdur”.

 

Xatırlatma: Efir məkanında baş verən qalmaqallardan sonra bir sıra aparıcıların, həmçinin prodüser Tarix Əliyevin (Tolik) “Space TV”də yayımlanan "Tarixin bir günü" verilişinin yayımı dayandırılıb.

 

Şəhanə Quliyeva

Tarix: 23 Mart 2026, 16:52   
Seçilən
33
3
pravda.az

4Mənbələr