AZ

AFFA klubların işini qiymətləndirdi

“Ehtiyacların təhlili və dəstək prosesi” çəçivəsinin ilk mərhələsi olan Azərbaycan Premyer Liqası klublarının akademiyalarına 2026-cı il üzrə yerində ziyarət, geribildirim və fərdi qiymətləndirmə prosesi yekunlaşıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov tərəfindən geribildirim hesabatları klubların bir qisminə yerində ziyarət olunaraq, digər akademiyalarla isə onlayn formatda təqdimat və müzakirə sessiyaları şəklində təşkil edilib.

Ziyarətlərin və hesabatların məqsədi AFFA-nın növbəti mövsümdən tətbiq edəcəyi “5-Ulduz Akademiya İnkişaf Modeli” çərçivəsində akademiya və futbol məktəblərinin müxtəlif sahələr üzrə cari vəziyyətini qiymətləndirmək olub.

Seçilən
58
9
publika.az

10Mənbələr