Nyu-York şəhərindəki LaGuardia hava limanında Air Canada təyyarəsi eniş edərkən yerüstü nəqliyyat vasitəsi ilə toqquşub.
"Ölkə.az" xəbər verir ki, nəticədə pilot və köməkçi pilot ölüb.
"Daily Mail" qəzetinə açıqlama verən hava limanı sözçüsü bildirib ki, Monrealdan gələn təyyarə ötən gün saat 23:40 radələrində eniş edərkən uçuş-enmə zolağında xilasetmə maşınına çırpılıb.
Mənbələr bildiriblər ki, hadisə nəticəsində daha bir neçə nəfər yaralanıb.
Hadisədən sonra təyyarənin burnu ciddi şəkildə zədələnib.
Elvin
Ölkə.az