AZ

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Milli Şuranın sədri Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub.


Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.


Cəmil Həsənli qeyd edib ki, “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından onun ölkədən çıxışına qadağa qoyub:


“Bu günlərdə “Routledge” nəşriyyatında (London və Nyu-York) çıxan kitabımın (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-nin Stanford Universitetində təqdimatı olacaq. Bilirsiniz ki, Stanford yalnız ABŞ-nin deyil, dünyanın ən nüfuzlu elm və təhsil mərkəzləri sırasındadır.


Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni “el dilində” desək, stop qoyub”.


O bildirib ki, tədbirə onlayn qatılacaq: “Təqdimat onlayn keçiriləcək və mən də sosial media üzərindən tədbirə qatılacağam”.

Tarix: 23 Mart 2026, 16:17   
Seçilən
50
10
pravda.az

10Mənbələr