AZ

18 yaşlı futbolçu oyun zamanı öldü – Foto

Kolumbiyanın “Milyonarios” klubunun gənclər komandasının 18 yaşlı futbolçusu Santyaqo Kastrilyon matç zamanı huşunu itirdikdən sonra ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, idmançı 20 yaşadək futbolçular (U-20) arasında keçirilən yarış zamanı huşunu itirib. Ona dərhal komandanın həkimləri tərəfindən yardım göstərilib. Bundan sonra o, kardiologiya üzrə ixtisaslaşdırılmış xəstəxanaya çatdırılıb:

“Həkimlərin səylərinə baxmayaraq, Santyaqonun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edilir ki, gənc futbolçu yanvarda Boqotada Kolumbiyanın 19 yaşadək milli komandasının (U-19) toplanışına dəvət olunubmuş.

Seçilən
79
3
konkret.az

10Mənbələr