AZ

"Beşiktaş"ın kapitanı Premyer Liqa nəhənglərinin hədəfində

"Beşiktaş"In kapitanı Orkun Kökçü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Hər iki klub 25 yaşlı yarımmüdafiəçi üçün yayda İstanbul nəhənginə təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan transfer edib. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
54
sportal.az

1Mənbələr