AZ

Kolumbiya millisinin futbolçusu vəfat etdi

Kolumbiyanın "Milyonarios" klubunun gənclər komandasının 18 yaşlı futbolçusu Santyaqo Kastrilyon matç zamanı huşunu itirdikdən sonra ölüb. Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, idmançı 20 yaşadək futbolçular (U-20) arasında keçirilən yarış zamanı huşunu itirib.Ona dərhal komandanın həkimləri tərəfindən yardım göstərilib. Bundan sonra o, kardiologiya üzrə ixtisaslaşdırılmış xəstəxanaya çatdırılıb."Həkimlərin səylərinə baxmayaraq, Santyaqo özünə gəlməyib. O, bazar günü ailə üzvlərinin, komanda yoldaşlarının və dostlarının əhatəsində vəfat edib", - deyə klubdan bildirilib.Qeyd edilir ki, gənc futbolçu yanvarda Boqotada Kolumbiyanın 19 yaşadək milli komandasının (U-19) toplanışına dəvət olunubmuş.

Məlumata görə, futbolçu "Milyonarios"un əsas komandasında çıxış etməyib, lakin bir neçə dəfə onun adı matçların iştirak ərizəsinə salınıb.

Seçilən
92
2
metbuat.az

10Mənbələr