AZ

Orban: Siyartonun telefonunun dinlənilməsi Macarıstana qarşı ciddi hücumdur

Apa.az saytına istinadən ain.az xəbər verir.

Macarıstanın Ədliyyə Nazirliyinə tapşırılıb ki, xarici işlər naziri Peter Siyartonun telefonunun dinlənilməsini araşdırsın.

APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban öz “Facebook” səhifəsində paylaşım edib.

“Ədliyyə Nazirliyinə dərhal istintaq aparmağı tapşırmışam. Bu istintaq, lazım gələrsə, cinayət xarakteri daşıya bilər”, - Baş nazir bildirib.

Qeyd edək ki, buna səbəb hökumətə yaxın “Mandiner” nəşrində xarici ölkələrdən birinin ölkənin xarici işlər nazirinin telefon danışığını dinləməsi ilə bağlı məqalə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
3
apa.az

4Mənbələr